İQTİSADİYYAT


Qlobal neft tələbatı gündəlik 100,6 milyon barrelə çatacaq

Bakı, 11 aprel, AZƏRTAC

Cari ildə qlobal neft tələbatının gündəlik 100,6 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-ci ildə qlobal neft tələbatı 1 milyon 400 min barrel artaraq sutkalıq orta hesabla 100 milyon 600 min barrel təşkil edəcək.

EIA-a görə, bu il neftə olan gündəlik tələbatda 35 milyon 600 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.