CƏMİYYƏT


Qlobal peyvənd alyansı 350 milyon peyvənd dozası üçün ilkin müqaviləni imzalayıb

Cenevrə, 7 may, AZƏRTAC

Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans (GAVI) ABŞ-ın “Novavax” şirkəti ilə koronavirus əleyhinə beynəlxalq peyvənd təşəbbüsü (COVAX) üçün 350 milyon peyvənd dozasının alınmasına dair ilkin müqaviləni imzalayıb.

AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən peyvəndin ilk partiyası bu ilin iyul-sentyabr ayları ərzində çatdırılmalıdır. Alış üçün əsas şərt isə həmin vaxta kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bu peyvəndin tətbiqinə icazə verilməlidir. İndiyədək belə icazə beynəlxalq qurum tərəfindən “BioNTech/Pfizer”, “AstraZeneca”, “Johnson & Johnson” və “Moderna” peyvəndləri üçün verilib.

Qeyd edilməlidir ki, hazırda “Novavax” konserninin koronavirusa qarşı hazırladığı “NVX-CoV2373“ peyvəndi kliniki testlərin son mərhələsindədir. GAVI ilə konsern arasında əldə edilmiş ayrıca razılaşma əsasında isə Hindistan Zərdablar İnstitutu (Serum Institute of India) təxminən 1,1 milyard doza “Novavax” peyvəndinin istehsalı və çatdırılmasını həyata keçirəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.