QAN YADDAŞI
“Qobu Park”da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub VİDEO
Bakı, 26 fevral, AZƏRTAC
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş “Qobu Park” yaşayış kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.
Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI sözləri və soyqırımının baş verdiyi tarixi - 26 02 1992, soyqırımı qurbanlarının sayı - 613, faciədən ötən müddəti ifadə edən - 29 rəqəmlər əks olunub.