REGİONLAR
Qobu qəsəbə uşaq incəsənət məktəbinin yetirmələri müsabiqədən nailiyyətlərlə qayıdıblar
Qobu, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bu günlərdə Azərbaycan Gənclər İttifaqı, Mədəniyyət Nazirliyi və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə Şəki şəhərində "Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku - Şəki 2022" müsabiqəsi keçirilib. Yarışda Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Qobu qəsəbə uşaq incəsənət məktəbinin yetirmələri də iştirak ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin şagirdləri müsabiqədə uğurla çıxış edərək yüksək nailiyyət qazanıblar. Belə ki, solo ifada Orxan Xəlilzadə, Nisə Baxşiyeva 1-ci dərəcəli, Ağacavad Bayramov, Ağalar Qənizadə, Qorqud Eminli 2-ci dərəcəli, Nurxanım Bayramova, Mehin Eyvazova, Cavidan Məmmədov, Cəsur Məmmədli, Sunay Qarazadə 3-cü dərəcəli, Tamilla Əliyeva və Rəfiqə Bəşirova isə laureat adını qazanaraq diplomla təltif olunublar. Qarmon alətində ifası nominasiyası üzrə iştirak edən şagirdlər isə 1-ci dərəcəli laureat adını qazanıblar.