İQTİSADİYYAT


Qobu qəsəbəsindəki yeni yaşayış massivinə təbii qaz verilib

Bakı, 16 noyabr, AZƏRTAC

Qobu qəsəbəsindəki yeni yaşayış massivinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik respublikanın yaşayış məntəqələrində istehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması istiqamətində 2020-ci ildə də genişmiqyaslı işləri davam etdirir. Bu məqsədlə noyabrın 16-da Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində qaz açılışı təmin edilib. Açılışda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, qaz təsərrüfatının işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər. Əvvəlcə bütün sakinlər Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə münasibətilə hamını təbrik ediblər. İ.Gülməmmədova bu sevinci onlara yaşadan prezident İlham Əliyevə Qobu sakinləri və Abşeron rayonu sakinləri adından minnətdarlığını bildirib.

R.Əliyev isə qeyd edib ki, ölkədə icra edilən qazlaşdırma layihələri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları vaxtında reallaşdırılır.

Qeyd edək ki, qaz açılışına dair tədbir ölkədə koronavirus pandemiyasının yayılmasına dair tətbiq edilən karantin rejiminin tələbləri gözlənilməklə təşkil olunub.

Əlavə olaraq qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 min 159 metr olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.