REGİONLAR


Qobuda şəhidin xatirəsinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib

Qobu, 25 may, Ətrabə Rzayeva, AZƏRTAC

2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhidlik zirvəsinə yüksələn baş leytenant Nurid Çingiz oğlu Abdullayevin anadan olmasının 30-cu ilində Abşeron rayonunun Qobu qəsəbəsində şəhidin xatirəsinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti, Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyə nümayəndələri, şəhidin doğmaları və yaxınlarının, şəhid ailələrinin və qazilərin iştirak etdikləri mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən bütün igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun gücü və peşəkarlığı sayəsində qazanılan Zəfərimizdə, işğaldan azad edilən torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq salnaməsinin olduğunu qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər, Nurid Abdullayevin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, buna görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.