“Qobustan” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə istehlak artıb
AzerTAg.az
Bakı, 9 sentyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin iyul ayında “Qobustan” Elektrik Şəbəkəsi Müəssisəsində 1,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 309 min kilovat-saata yaxın, ödəniş isə 22 faizə yaxın artıb. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 941 min kilovat-saata yaxın olub. Ödənişdə, təxmınən 7 faiz artım qeydə alınıb.
Bu ilin 7 ayında müəssisə üzrə istehlak 12,2 milyon kilovat-saata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyon kilovat-saat çoxdur.
Bu il müəssisədə əsas diqqət təmir-bərpa işlərinə və texniki qulluğun yaxşılaşdırılmasına yönəldilib. İstismar səviyyəsinin yüksəldilməsi və mövsümün uğurla başa vurulması üçün nəzərdə tutulmuş tədbirlər yerinə yetirilib.
Xəbərin mətnində orfoqrafik səhv var