MƏDƏNİYYƏT
Qobustan Milli Tarix-Bədii Qoruğunda növbəti dezinfeksiya işləri aparılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 virusuna qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə iş yerlərində əməkdaşlar arasında sosial məsafənin qorunması və otaqların mütəmadi olaraq dezinfeksiya edilməsi ilə bağlı tələb və qaydalarına uyğun olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda növbəti dezinfeksiya işləri aparılıb.
Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix-Bədii Qoruğundan məlumat verilib.
Bildiriblər ki, qoruq dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunub, Səhiyyə Nazirliyinin müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən virus və onunla mübarizə metodları, tibbi-profilaktik tədbirlər barədə əməkdaşlar arasında maarifləndirmə işləri aparılıb.