REGİONLAR


Qobustan arıçıları cari ildə 18 ton bal götürüblər

Qobustan, 12 sentyabr, AZƏRTAC 

Qobustanda arıçılar bu mövsümdə bəslədikləri arı ailələrindən 18 ton bal götürüblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə süzülən bal ötənilki göstəricidən 4,6 ton çox olub. Ən çox məhsulu Təklə, Xilmilli, Nabır kənd, Qobustan şəhər ərazi dairələrindəki arıçılar əldə ediblər.

Bu gün bölgədə onlarca peşəkar arıçı var və onlar ailə təsərrüfatında arıçılığın inkişafına xüsusi maraq göstərirlər. Təklə kəndindən olan peşəkar arıçı Ramiz Qaçayev bu sahənin ailəyə yaxşı gəlir gətirdiyini söyləyərək deyib: “Arıçılıq bizim ailədə ənənəvi təsərrüfat sahəsidir. Hazırda 125 yeşik arı bəsləyirik. Bu il hava arıçılıq üçün heç də əlverişli keçmədi. Buna baxmayaraq, hər qutudan orta hesabla 10 kiloqramadək təmiz bal götürdük”.

R.Qaçayev təsərrüfatın bu sahəsinin inkişafına göstərilən dövlət dəstəyindən danışaraq bildirib ki, hər arı ailəsinə verilən subsidiya onları arıçılığı inkişaf etdirməyə, eləcə də bu sahəyə marağı olanları yeni təsərrüfat yaratmağa həvəsləndirir.

Hazırda Qobustanda 3500 arı ailəsi var ki, bu da ötən ildəkindən 100 ailə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.