MƏDƏNİYYƏT


“Qobustan” jurnalının növbəti nömrəsində...

Bakı, 5 avqust, AZƏRTAC

“Qobustan” jurnalının bu il üçün ikinci nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnal ənənəvi olaraq Vaqif Vəlixanlının “Qırx sətir” sərlövhəli yazısı ilə başlayır. Yazı islam Şərqinin mədəniyyəti, özünəməxsus ab-havası barədədir.

“Gəncənin Nizamisi” bölməsində İradə Musayeva “Məhəmməd Əmin Rəsulzadə Nizami haqqında”, Xəzangül “Nizami Gəncəvi yaradıcılığında dünyəvilik”, Zülfiyyə Dəvəliməhəmməd “Nizamidə din-iman”, Ağaverdi Xəlil “Nizami Gəncəvidə Azərbaycan ruhu”, Sədnik Paşayev “Nizamidə folklor kökləri” məqalələri ilə çıxış ediblər.

“Dünyanın Nizamisi” bölməsində Nizami haqqında deyimlər yer alıb. Akademik Y.Bertelsin “Nizami dünyası”, “Nizami sufiydimi?”, “Nizami və yer-göy elmləri”, “Nizami niyə saray şairi olmadı” adlı məqalələri jurnalın bu nömrəsində oxuculara təqdim olunub.

“Şeyx Nizami” bölməsi Qəzənfər Xalıqovun müəllifi olduğu Nizami portreti barədə yazı ilə başlayır. Bu bölmədə yer alan “Nur heykəli” adlı yazı heykəltəraş Fuad Əbdürrəhmanovun sənətkarlığı barədədir.

“O illərin havası” Yaşar Rzayevin 80 illik yubileyinə həsr olunub. “Qobustan”ın bu nömrəsində Cabir Albantürkün şeirləri də yer alıb. “Göy qurşağı” bölməsində Həşim Paşayev Fikrət Həşimovun bənzərsiz sənətindən, Pakizə Kazımova isə Qarabağ mənzərələrindən yazıb. Esmira Nəzərlinin “Hər şey unudulur, səndən savayı” adlı yazısı Xalq artisti Qara Tağızadənin ruhuna ithaf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.