REGİONLAR


Qobustan məktəbliləri Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar

Qobustan, 15 mart, AZƏRTAC 

Qobustan rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsi çərçivəsində martın 15-də Lənkəran şəhərinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimi keçirilib. Tur-aksiya iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına çiçəklər düzüblər.

Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Təranə Güləliyeva bildirib ki, maarifləndirici tur-aksiya məktəblilərə Lənkəran, Masallı və Astara rayonlarının zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək. T.Güləliyeva, eləcə də digər çıxış edənlər şagirdlərin həm də gözəl istirahəti üçün hər cür şəraitin nəzərdə tutulduğunu vurğulayıblar.

Qeyd olunub ki, səfər çərçivəsində şagirdlər Lənkəranda Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Gənclər Mərkəzi ilə tanış olacaq, Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya edəcək, “Qoşa Qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, “Mayak” binasına baxış keçirəcəklər. Masallıda, habelə Astarada da onlar rayonların müasir həyatı ilə ətraflı tanış olacaq, tarixi yerləri gəzəcək, həmyaşıdları ilə ünsiyyət quracaqlar.

Sonda məktəblilər milli musiqi sədaları altında yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.