MƏDƏNİYYƏT


Qobustan qayaüstü təsvirləri Bakıda göstəriləcək

Bakı, 23 fevral, AZƏRTAC

Martın 12-də Muzey Mərkəzinin sərgi qalereyasında Qobustan Milli Tarix - Bədii Qoruğunun təşkilatçılığı ilə “Zamanla üz-üzə” adlı sərgi açılacaq. “Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş olunacaq.

Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix - Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib.

Bildirib ki, sərgilənəcək rəsm əsərləri, heykəltəraşlıq və keramika, videoinstallasiya formatında olacaq.

“18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıracaq layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır. Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi qoruğun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunacaq. Sərgi üç gün müddətində ( martın 12-i, saat 19:00 – da, martın 13-14-i, saat 10:00-dan 18:00-dək) ziyarətçilər üçün açıq olacaq”, - deyə Vüqar İsayev söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.