MƏDƏNİYYƏT


Qobustan qoruğunda növbəti tədbir Beynəlxalq Uşaqlar Gününə həsr olunacaq

Bakı, 27 may, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğunda növbəti tədbir Beynəlxalq Uşaqlar Gününə həsr olunacaq. İyunun 1-də reallaşacaq tədbiri qoruq, Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə keçirəcək.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev AZƏRTAC-a bildirib ki, tədbir çərçivəsində valideyn himayəsindən məhrum olmuş bir sıra internat məktəbinin uşaqları üçün qoruq ərazisində xüsusi əyləncəli proqramlar təşkil ediləcək. Uşaqlar qoruqda yaradılan şəraitlə yaxından tanış olmaqla, ən qədim tarixə qədim insan məskənlərinin izi ilə ekskursiya edəcəklər.

Bununla yanaşı, həmin gün saat 14.00-dan 18.00-dək qoruq ərazisində uşaqlar üçün “açıq qapı” günü də təşkil olunacaq. Balacalar ödənişsiz olaraq qoruğun bütün imkanlarından yararlana biləcəklər.

Qobustan Milli Tarix-Bədii Qoruğu bütün balaca fidanları asudə vaxtlarının səmərəli keçməsi üçün maraq dolu proqrama qoşulmağa dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.