MƏDƏNİYYƏT


Qobustan qoruğunun yaradılmasının 54-cü ildönümü münasibətilə videokonfrans təşkil edilib

Bakı, 10 sentyabr, AZƏRTAC 

Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 54-cü ildönümü münasibətilə videokonfrans təşkil olunub. AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan qoruğun direktoru Vüqar İsayev qoruq əməkdaşlarını və Qobustansevərləri bu əlamətdar gün münasibətilə təbrik edib, Qobustan abidələrinin kəşfi, burada aparılan qazıntı işləri, abidənin qorunması, saxlanması və təbliği istiqamətində görülən işlərdən danışıb. Qobustanı xalqımızın dünəni, bu günü və gələcəyə əmanəti adlandıran natiq, qoruq əməkdaşlarının bu əmanətin qorunub-saxlanılması və təbliği işində keçmiş indiki və gələcək nəsillər qarşısında məsuliyyətini dərk etdiyini, kollektivin bundan sonrakı fəaliyyətində də bütün səy və bacarıqlarını səfərbər edəcəyini, ulu əcdadlarımızın yadigarı olan bu abidə vasitəsilə ölkəmizin dünya miqyasında təmsil olunması işinin layiqincə davam etdiriləcəyini videokonfrans iştirakçılarının diqqətinə çatdırıb.

Qobustanda aparılan elmi tədqiqat işləri, yeni layihələr və nailiyyətlər mövzusunda çıxış edən qoruğun Elmi ekspozisiya şöbəsinin aparıcı elmi işçisi Sevinc Şirinli hazırda qoruq ərazisində aparılan tədqiqat işləri barədə məlumat verib.

Konfrans müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.