REGİONLAR
Qobustan rayonunda 31 min hektarda payızlıq taxıl əkilib
Qobustan, 14 noyabr, AZƏRTAC
Qobustan rayonunda 31 min hektarda payızlıq taxıl əkilib və hazırda səpin davam etdirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkilən sahələr ötən ilin ümumi göstəricisindən 500 hektar çoxdur. Rayonun Xilmilli, Sündü, Cəyirli, ümumən 14 inzibati ərazi dairəsində bu mühüm kampaniya başa çatıb. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər əkini noyabrın 25-dək başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Hazırda hər gün sahələrə 50-dən çox səpin aqreqatı çıxarılır. Daha 1000 hektarda səpin aparılacağı gözlənilir.
Əkində əsasən yerli şərait üçün daha əlverişli olan “Qobustan”, “Bezostiya” buğda, “Cəlilabad”, “Dəyanətli” arpa sortlarından istifadə edilir.