REGİONLAR


Qobustan rayonunda epizootik sabitlik qorunur

Bakı, 21 fevral, AZƏRTAC

Qobustan Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən başlayaraq 12 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun 1 şəhər və 26 kəndində saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq rayonun ayrı-ayrı təsərrüfatlarında 28009 baş iribuynuzlu, 635 baş təkdırnaqlı heyvanda qarayara, 2345 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 2235 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülərək 650 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya tədbirləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral aynın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edilir.

Epizootik tədbirlər planına uyğun olaraq, bundan sonra Qobustan rayonunda ev quşları arasında nyukasl, nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında burselyoz və epedidemit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.