REGİONLAR


Qobustan taxılçıları hər gün sahələrə 30 səpin aqreqatı çıxarırlar

Qobustan, 2 oktyabr, AZƏRTAC

Qobustan rayonunda bir neçə gündür ki, payızlıq taxıl səpininə start verilib və az vaxtda 1000 hektarda əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilk günlərdən sahələrə 30 səpin aqreqatı çıxarılıb. Əksər ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Xilmilli, Təklə, Sündü, Cəyirli kənd, Qobustan şəhər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil, sürətlə davam etdirilir.

Qeyd edək ki, cari mövsümdə rayonda 31 min hektarda payızlıq taxıl əkini nəzərdə tutulub. Artıq 12 min hektarda şum aparılıb, sahələr əkinə hazırlanıb. Qalan ərazilərdə şum işləri sürətlə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.