REGİONLAR


Qobustan taxılçıları sahələrə yemləmə gübrəsi verirlər

Qobustan, 23 fevral, AZƏRTAC

Qobustan rayonunda taxılçılıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda fermerlər, eləcə də fiziki şəxslər əkin sahələrinin yüksək məhsuldarlığı üçün zəruri olan yemləmə kübrəsi verirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, strateji sahə olan taxılçılıq Qobustanda kənd təsərrüfatında aparıcı yer tutur. Cari ilin məhsulu üçün ötən payızda 31 min hektarda taxıl əkilib. Fevralın ikinci ongünlüyündən etibarən sahibkarlar sahələrə yemləmə gübrəsi- “Ammonium nitrat” verirlər. Bu iş üçün hər gün sahələrə 35-dən çox gübrəsəpən texnika çıxarılır. Artıq 10 min hektarda səpin aparılıb. Rayonun bütün ərazilərində, xüsusilə daha çox taxıl əkilən Qobustan şəhər, Ərəbşahverdi, Cəm-Cəmli, Poladlı və bir sıra digər ərazi dairələrində bu iş daha mütəşəkkil davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.