REGİONLAR


Qobustan taxılçıları zəmilərdən 58 min ton taxıl götürüblər

Qobustan, 10 avqust, AZƏRTAC

Qobustan taxılçıları biçin kampaniyasını başa çatdırıblar. Zəmilərdən 58 min ton məhsul yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, builki mövsümdə Qobustanda 21 min 598 hektarda taxıl yetişdirilmişdi. Biçində 75-dən çox taxılbiçən kombaynın gücündən istifadə edilib. Götürülən məhsul ötənilki göstəricidən 1000 ton çox olub. Hər hektardan orta məhsuldarlıq da bir qədər artıb və 26,5 sentner olub. Bəzi ərazilərdə, xüsusilə Xilmilli, Sündü, Təklə, Cəyirli və digər icra nümayəndəliklərində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar.

Qeyd edək ki, taxılçılıq rayonda kənd təsərrüfatının əsas sahələrindəndir. Hazırda hər yerdə gələcək yüksək məhsuldarlıq üçün mühüm aqrotexniki tədbirlərdən olan yay şumu çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.