REGİONLAR


Qobustanda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə olunub

Bakı, 3 dekabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) və Qobustan rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda seminar keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, seminarda Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Əfqan Abdullayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan rayon prokurorluğunun müstəntiqi Göhər Əmiyeva, Qobustan rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Kəmalə Zərbəliyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Mürsəlov, müəllimlər və gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, məişət zorakılığının hüquqi və kliniki tərifləri mövcuddur. İnsan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbulu bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub.

Bildirilib ki, ölkəmizin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarına qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.