REGİONLAR


Qobustanda aqrar sektor üzrə məhsul buraxılışının həcmi artıb

Qobustan, 30 iyul, AZƏRTAC

Qobustan rayonunda cari ilin 6 ayında məhsul buraxılışında kənd təsərrüfatı sahəsi üzrə istehsalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarım ildə Qobustanda məhsul buraxılışının dəyəri 83 milyon 723,6 min manat olub, bunun 40,8 faizi və ya 34 milyon 188,7 min manatı aqrar sektorun payına düşüb.

Altı ayda Qobustanda kənd təsərrüfatı üzrə məhsul buraxılışının dəyəri ötən ilin müvafiq dövründəkindən 1 milyon 603 min manat çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.