REGİONLAR
Qobustanda dənli bitki toxumlarının emalı zavodu tikilir
Qobustan, 15 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qobustan rayonunda illik istehsal gücü 3000 ton olan dənli bitkilərin emalı zavodu tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, smeta dəyəri 3 milyon 800 min manat olan emal zavodu 1,9 hektar ərazini əhatə edir.
Zavodun ərazisində ikimərtəbəli inzibati bina, nəzarət buraxılış məntəqəsi, 1000 kvadratmetr sahəsi olan taxıl təmizləmə bloku, toxum üçün 2 ədəd 1000 tonluq, 2 ədəd 500 tonluq silo, 50 tonluq taxıl bunkeri, yükləmə və daşıma üçün qurğu və elevatorlar, 100 tonluq tərəzi, hər biri 100 kubmetr su tutan 2 su anbarı inşa edilib.
Emal zavodunun ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Burada 14 daimi iş yeri açılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]