REGİONLAR


Qobustanda indiyədək 9437 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub

Qobustan, 9 iyun, AZƏRTAC

Qobustan rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması davam edir.

Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon üzrə 9437 vətəndaş peyvənd olunub. Onlardan 3142 nəfərinə peyvəndin ikinci dozası vurulub.

Vaksinasiya edilənlərin 1469 nəfəri 65 yaşdan yuxarı, 3717 nəfəri 50-65 yaş arası, 4251 nəfəri isə 50 yaşadək olan vətəndaşlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.