REGİONLAR


Qobustanda məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 97,9 faiz təşkil edir

Qobustan, 12 fevral, AZƏRTAC

Qobustan rayonunda keçən il ümumi məhsul buraxılışının həcmi inişilki illə müqayisədə 8,2 faiz artaraq 178 milyon 669,2 min manat olub. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 97,9 faiz təşkil edir. Hesabat ilində 317-si daimi olmaqla, 2839 yeni iş yeri açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumatlar Qobustanda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun hesabat məruzəsində, eləcə də çıxışlarda rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, ötən il məhsul buraxılışının 43 faizi aqrar sektorun payına düşür. Hesabat ilində Qobustanda 70 min 236 ton taxıl istehsal olunub ki, bu da rayon tarixində ən yüksək göstəricidir. İstehsal inişilki illə müqayisədə 17 min ton və ya 31,8 faiz artıb. Vurğulanıb ki, ötən payızda rayonda əkinəyararlı 35815 hektar torpaq sahəsinin 31183 hektarında mühüm strateji məhsul olan taxıl əkilib.

Məruzə və çıxışlarda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda qazanılan uğurlardan, mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunub.

Habelə, əhalinin normal və fasiləsiz elektrik enerjisi, təbii qazla təmin olunması ilə bağlı xeyli işlərin görüldüyü, əhalinin 96 faizinin “mavi yanacaq”la tam təmin edildiyi bildirilib. Su təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən də söz açılıb.

Hesabat yığıncağında cari ildə rayon iqtisadiyyatının dinamik inkişafı, sosialyönümlü layihələrin reallaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək işlərdən, qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.

Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından, qazanılan uğurlardan, habelə qarşıda duran məsələlərin həlli yollarından danışıb.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.