REGİONLAR


Qobustanda “patı” satan qadın saxlanılıb

Qobustan, 22 iyul, AZƏRTAC

Qobustanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Türkanə Budaqova saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə- metamfetamin aşkarlanıb. Maddi sübutlar qablaşdırılaraq götürülüb və ekspertizaya təqdim olunub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.