REGİONLAR


Qobustanda payızlıq taxıl səpini başa çatıb

Qobustan, 19 noyabr, AZƏRTAC

Qobustan rayonunun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri payızlıq səpin kampaniyasını başa çatdırıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 31,5 min hektarda əkin aparılıb. Bu göstərici ötən ildəkindən 300 hektar çoxdur.

Qeyd edək ki, taxılçılıq bölgədə kənd təsərrüfatının aparıcı sahələrindəndir. Taxılçılar bu mühüm strateji məhsulun intensiv artımı üçün ciddi səy göstərirlər. Belə ki, əkin sahələri ildən-ilə artırılır, məhsuldarlığın yüksəldilməsi üçün ardıcıl tədbirlər görülür. Bu mövsümdə də rayonda əsasən yerli şərait üçün daha əlverişli olan “Qobustan”, “Bezostiya” buğda, “Cəlilabad”, “Dəyanətli” arpa sortlarından istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.