REGİONLAR


Qobustanda payızlıq taxıl səpini yaxın günlərdə başa çatdırılacaq

Qobustan, 20 noyabr, AZƏRTAC

Qobustan rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatmaq üzrədir və artıq 26 min hektardan çox əkin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ən iri taxılçılıq təsərrüfatı olan Xilmilli ərazi icra nümayəndəliyində səpin başa çatıb və 5500 hektarda əkin aparılıb. Bundan başqa Ərəbşalbaş, Təklə, Sündü ərazi vahidlərində, Qobustan Bölgə Təcrübə Stansiyasında, “Qobustan Kənd Təsərrüfatı İstehsal Müəssisəsi” MMC-də də bu mühüm kampaniya uğurla başa çatdırılıb.

Hazırda qalan ərazi vahidlərində əkin sürətlə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.