REGİONLAR


Qobustanda son illərdə 14 yeni məktəb binası tikilib

Qobustan, 13 sentyabr, AZƏRTAC

Qobustan rayonunda 30 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən tədris ilində rayonun təhsil ocaqlarında 5200 şagird təhsil alıb, onların təlim-tərbiyəsi ilə 536 müəllim məşğul olub. Ümumtəhsil məktəblərini bitirən məzunlardan bu il 15 nəfər 500-dən, rayon tarixində ilk dəfə olaraq 6 nəfər 600-dən çox bal toplayıb. Şəhər 3 saylı tam orta məktəbin şagirdi Üzeyir Vəzirov 670 bal toplayaraq tələbə adını qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə təhsil işçilərinin ənənəvi sentyabr konfransında ətraflı danışılıb.

Məruzə ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Füzuli Gülalıyev diqqəti yeni dərs ilinə hazırlığa, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə cəlb edərək bildirib ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində son illərdə Qobustan rayonunda 14 yeni məktəb binası tikilib, 8 məktəb əsaslı təmir edilib, tədris ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, ən müasir avadanlıq və texniki qurğularla təmin olunub. Şəhər 3 saylı tam orta məktəb üçün müasir tələblərə cavab verən 624 yerlik yeni məktəb binasında işlər yekunlaşıb. Təsi və Sədəf kənd ümumi orta məktəblər üçün modul tipli yeni binalar şagird və müəllimlərin istifadəsinə verilib.

Sonra rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Təhsil Nazirliyinin məsul işçisi Zöhrab Kəlbəliyev çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.

Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara və bir qrup qabaqcıl müəllimə fəxri fərman və mükafatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.