MƏDƏNİYYƏT


Qobustanda vətəndaşların müraciətləri dinlənilib

Bakı, 23 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli tərəfindən mayın 22-də Qobustan rayonunda vətəndaşların qəbulu keçirilib. Qəbulda həmçinin mədəniyyət nazirinin müavini Fərid Cəfərov, aparat rəhbəri Xanlar Ağalarov və struktur bölmələrin rəhbərləri də iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda əksəriyyət Qobustan, Şamaxı və Ağsu rayonlarından olmaqla ümumilikdə 84 sakin iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin edilmə, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı problem və təkliflərdən ibarət olub.

Vətəndaşların hər bir müraciəti qeydiyyata alınıb, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.