REGİONLAR
Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib
Qobustan, 15 iyul, AZƏRTAC
Dünən günün ikinci yarısında Qobustan rayonunda yağan leysan yağışları bir sıra fəsadlar törədib.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, leysan nəticəsində yaranan sel suları əsasən Xilmilli, Yekəxana, Bədəlli və Təsi kəndlərinə ziyan yetirib. Belə ki, Xilmilli kəndində 27 evin, Yekəxanada 24, Bədəllidə 3, Təsidə isə 1 evin və marketin zirzəmilərinə və köməkçi tikililərə sel suları dolub. Sel suları, habelə Qobustan rayonu ərazisindəki Acıdərə adlanan yerdə türk şəhidliyinin mühafizə hasarına və yaşıllığına da ziyan vurub.
Hazırda xüsusi komissiya kəndlərdə dəyən zərəri müəyyənləşdirir, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]
Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb
- 19.04.2024 [08:56]