REGİONLAR


Qobustanlı arıçılar Bakı yarmarkasına 4 tonadək bal çıxaracaqlar

Qobustan, 23 sentyabr, AZƏRTAC

Qobustan rayonunda son illər arıçılığa maraq artıb və arı ailələrinin sayı 1214-ə çatdırılıb.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda bölgədə onlarla peşəkar arıçı yetişib. Onların sayəsində təkcə Qobustan şəhərində 507, Xilmilli kəndində 202, Nabırda 140, Təklədə 128 arı ailəsi bəslənilir.

Cari mövsümdə rayonda bal istehsalı əvvəlki illərə nisbətən artaraq, 12,5 tondan çox olub.

Qobustan arıçıları builki mövsümdə Bakıda keçirilən yarmarkaya 4 tonadək bal çıxaracaqlar.

Qeyd edək ki, oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.