Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qoca Şərqin nur mənbəyi – Nizami Gəncəvi

Qoca Şərqin nur mənbəyi – Nizami Gəncəvi

Bakı, 4 dekabr, AZƏRTAC

Nizami Gəncəvi haqqında Azərbaycan tədqiqatçılarının əsərlərində ilk məlumata görkəmli alim, tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində rast gəlirik. O, bu əsərində Nizami yaradıcılığının bir çox vacib məqamlarını açıqlayır. Bir müddət sonra görkəmli ədib, yazıçı, dramaturq Mirzə Fətəli Axundzadə məqalələrinin birində çox geniş olmasa da, qısa bir məzmunda Nizami Gəncəvi yaradıcılığı haqqında məlumat verir. Nizami haqqında ilk ən geniş araşdırmanın müəllifi isə görkəmli ədəbiyyatşünas alim Firidun bəy Köçərlidir. F.Köçərli 1903-cü ildə yazdığı “Azərbaycan ədəbiyyatı tarixi” kitabının 1908-ci ildəki nəşrində Nizami haqqında oxucuları ətraflı bilgiləndirib. 1909-cu ildə M.Axundzadə Gəncədə Nizami haqqında kitab çap etdirir. Tədqiqat xarakterli bütün bu yazılar həmin dövrlərdə böyük Nizami dühasını geniş aça bilməsə də, bu şəxsiyyətin zəngin yaradıcılığının öyrənilməsi sahəsində atılan ilk uğurlu addımlar idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Şərqin nur mənbəyi –Nizami Gəncəvi” adlı məqaləsində yer alıb.

Fars alimlərinin də Nizami irsinə böyük maraq göstərdiyini qeyd edən müəllif yazır: “Nizaminin əsərlərinin toplanılmasında, araşdırılmasında İran alimlərinin də xüsusi rolu var. İlk dəfə Nizami Gəncəvi əsərlərinin mükəmməl elmi-tənqidi mətnlərini hazırlayıb nəşr etdirən V.Dəstgirdi olub. Digər İran alimi Səid Nəfisi də Nizami əsərlərinin tədqiqində önəmli rol oynayıb. Hələ o zamanlarda Avropa və Rusiyanın şərqşünas alimlərindən də Nizami yaradıcılığına böyük diqqət göstərən, araşdırmalar aparan tədqiqatçılar olmuşdur.

Sovet Azərbaycanında Nizami sənətinin öyrənilməsinə, tədqiqinə, təbliğinə 1920-ci illərdən başlanılıb və bu proses 1930-cu illərdə daha da sürətlənmişdi. Bu da 1939-cu ildə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsində geniş tədbirlərin keçirilməsinə hazırlıq işləri ilə bağlı idi. Lakin 2-ci Dünya müharibəsinin başlaması bu tədbirlərin təxirə salınmasına səbəb oldu və Nizaminin yubileyi yalnız müharibədən sonra, 1947-ci ildə keçirildi. Həmin dövrdə Nizami Gəncəvi haqqında yazılan ilk məqalələrdən birinin müəllifi Yevgeni Eduardoviç Bertels oldu. Onun yazdığı “Azərbaycanın dahi şairi Nizami” məqaləsi 1939-cu ildə “Kommunist” qəzetində çap edildi. Y.E.Bertelsin məqaləsində Nizaminin fars dilində əsərlər yazmasına və bunun başlıca səbəblərinə də toxunulurdu. Qeyd olunurdu ki, o dövrün ənənələrinə görə, şeir dili fars dili idi və yaradıcı sənətkarlar da əsərlərini bu dildə yazırdılar. Nizaminin yaşadığı dövrdə böyük bir coğrafi məkanda − Hindistandan Aralıq dənizinə qədər olan geniş bir məkanda şairlər əsərlərini fars dilində yazmağa məcbur idilər. Nizaminin də farsca yazmasının səbəbi məhz həmin dövr poeziyasının aparıcı tendensiyaları ilə bağlı idi. Elə həmin dövrdə 1939-1947-ci illərdə tanınmış Azərbaycan tədqiqatçısı Həmid Araslı Nizami yaradıcılığının daha dərin çalarlarını izah edib, elmi ictimaiyyətə çatdıran bir sıra məqalələrini çap etdirdi: 1) “Azərbaycan poeziyasının parlaq qüvvəsi − Nizami Gəncəvi” (1939); “Ölməz dastan” (1947); “Cahanşümul sənətkar” (1947); “Qəlb şairi” (1947). Bu məqalələr Nizami dövrünün və yaradıcı şəxsiyyət kimi onun böyüdüyü və yetişdiyi mühitin öyrənilməsi baxımından çox əhəmiyyətli idi. Elə həmin illərdə Azərbaycan heykəltaraşlıq məktəbinin banisi Fuad Abdurahmanovun Nizami Gəncəvi obrazının yaradılması istiqamətində apardığı axtarışlar öz nəticəsini verdi və dahi şairin obrazı dahi heykəltaraşın yaratdığı monumental Nizami heykəlində canlandı”.

Müəllif yazır ki, 1939-cu ildə tanınmış ədəbiyyatşünas alim Mikayıl Rəfili çap etdirdiyi “Azərbaycan incəsənətinin çox qiymətli əsəri” məqaləsində Nizaminin “İsgəndərnamə” poemasının Leninqradda (indiki Sankt-Peterburqda) yeni tapılan əlyazması haqqında məlumat vermişdi. Bu faktın özü məhz həmin illərdə Nizami irsinin araşdırılması sahəsində çoxsaylı faydalı işlərin görüldüyünü göstərirdi.

Sonrakı illərdə də Mirzə İbrahimov, akademik Heydər Hüseynov, Mir Cəlal Paşayev, Cəfər Hacıyev (Xəndan), Məmməd Mübariz, Mirzəağa Quluzadə, Məmmədağa Sultanov, Rüstəm Əliyev, Azadə Rüstəmova, Nüşabə Araslı, Xəlil Yusifli kimi yazıçı və tədqiqatçılarımız Nizami irsinin öyrənilməsində əhəmiyyətli araşdırmalar apardılar. Bu araşdırmalarda Nizaminin “Xəmsə”yə qədərki yaradıcılığı, o cümlədən onun yaratdığı divan haqqında məlumatlar elmi ictimaiyyətin diqqətinə çatdırıldı. Zaman keçdikcə Azərbaycan cəmiyyətində Nizami Gəncəvi şəxsiyyətinə maraq artırdı. Yazıçı və şairlərimiz Nizaminin əsərlərini daha dərindən öyrənir, onun ideyalarından faydalanır, ona istinad edərək bədii yazılar ortalığa qoymağa başlayırdılar. 1941-ci ildə görkəmli Azərbaycan şairi Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad və Şirin” pyesini yazdı və əsər teatrda tamaşaya qoyuldu.

“Tanınmış şair və yazıçı Abdulla Şaiq isə Nizaminin “Yeddi gözəl” poemasından qaynaqlanan “Fitnə” pyesini yazdı. A.Şaiqin Nizaminin “İskəndərnamə” əsərindən ilhamlanaraq qələmə aldığı digər pyesi isə “Nüşabə” adlanırdı. Böyük yazıçımız Mir Cəlal Paşayev də Nizami Gəncəvinin zəngin irsinə müraciət etmişdi. Onun yazdığı “Xeyir və Şər”, “Kərpickəsən” hekayələri böyük Nizaminin “Sirlər xəzinəsindən”, “Fitnə” hekayəsinin mövzusu isə “Yeddi gözəl” poemasından qaynaqlanırdı. Digər Azərbaycan yazıçı və şairlərinin də yaradıcılığında Nizami irsinin təsirlərini tapmaq mümkündür. Bu faktlar Nizami Gəncəvi əsərlərinin ölməzliyini, gücünü, qüdrətini, bütün dövrlər və yaradıcı şəxsiyyətlər üçün ilham qaynağı olduğunu sübut etməkdədir. Nizaminin yaradıcılığı Azərbaycanın musiqi sənətinə də təsirsiz ötüşməyib. Görkəmli musiqi xadimlərimiz dönə-dönə onun yaradıcılığına üz tutub və maraqlı musiqi əsərləri yaradıblar. Dahi bəstəkarımız, Azərbaycan operasının banisi Üzeyir bəy Hacıbəyli Nizaminin “Sənsiz” qəzəli əsasında təkrarsız romans yazmışdı və bu romans görkəmli müğənnilərimiz Bülbül və daha sonra isə Müslüm Maqomayev tərəfindən yüksək peşəkarlıqla ifa olunub. Tanınmış bəstəkarlarımız − Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Qəmbər Hüseynli və digərləri Nizaminin qəzəlləri əsasında bir sıra ölməz musiqi əsərləri bəstələyiblər. Böyük dirijor Niyazinin “Xosrov və Şirin” operasını yazması da Nizami yaradıcılığının həmişəyaşarlığına böyük töhfə oldu. Böyük bəstəkarımız Qara Qarayevin yazdığı “Leyli və Məcnun”, “Yeddi gözəl” baletləri milli musiqi xəzinəmizi daha da zənginləşdirdi. Azərbaycan bəstəkarları Nizami Gəncəvinin özünə də musiqi əsərləri ithaf ediblər: Əfrasiyab Bədəlbəyli “Nizami” operasını, Fikrət Əmirov isə “Nizami” baletini yazıb. Yazıçı və şairlərimiz də Nizami Gəncəvi şəxsiyyətinə biganə qalmayıblar. Tanınmış yazıçı M.S.Ordubadi Nizami haqqında çox dəyərli və bu gün də oxucularda böyük maraq doğuran “Qılınc və qələm” romanını yazmışdı”, - deyə məqalədə qeyd olunub.

Müəllif əlavə edir ki, Nizami şəxsiyyətinə böyük diqqət milli kino sənətimizdə də öz əksini tapıb. Nizaminin kino obrazının yaradılması sahəsində ilk addımlar hələ 1950-ci illərdə atılmağa başlamışdı. 1959-cu ildə Azərbaycan kino sənətində yeni bir hadisə baş verdi − ilk dəfə olaraq Nizami Gəncəvi haqqında qısametrajlı sənədli film çəkildi. Filmin ssenari müəllifi Əhmədağa Qurbanov, rejissoru isə Mikayıl Mikayılov idi. 1982-ci ildə Nizami haqqında daha bir sanballı filmin çəkilişi baş tutdu. Rəngli və yüksək texniki standartlar əsasında çəkilən bu filmdə Nizami obrazını böyük müğənni Müslüm Maqomayev yaratdı. Filmin rejissoru görkəmli sənətkar Eldar Quliyev idi. Ecazkar səsi ilə dünyanı heyrətə salan M,Maqomayevin Nizami obrazında filmə çəkilməsi böyük şairin ekranlar vasitəsilə geniş ictimaiyyətə təqdimatının çox təsirli və diqqəti cəlb edən forması idi. Nizami böyüklüyünün M.Maqomayev zirvəsində təqdimatı filmin əhəmiyyətini daha da artırırdı: “Nizami irsinin öyrənilməsinə ən böyük töhfələrdən biri də M.Ə.Rəsulzadənin 1951-ci ildə Ankarada nəşr etdirdiyi “Azərbaycan şairi Nizami” əsəridir. Bu əsər sonradan 1992-ci ildə İstanbulda “Türk Dünyası Araşdırmaları Vəqfi” tərəfindən yenidən nəşr olunmuşdur. Sovetlər Birliyi dağıldıqdan və 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra da Nizami haqqında çoxsaylı dəyərli kitablar nəşr olunub. 2013-cü ildə isə Zəncan Universitetinin professoru, azərbaycanlı alim Hüseyn Türksoyun Misirin Xədəviyyə kitabxanasında Nizami Gəncəviyə aid olduğu iddia edilən azərbaycanca-türkcə divan nüsxəsini tapması və onun nəşr edilməsi böyük şairin ədəbi irsinin öyrənilməsinə əsaslı töhfə oldu.

Nizami irsinin tədqiqi və təqdimatları davam edir və bu, heç zaman dayandırılmayacaq. Çünki dahi Azərbaycan şairinin yaradıcılığında yer alan əsas ideyalar heç zaman köhnəlməyən və getdikcə daha çox insanlığın diqqət mərkəzinə gətirilən universal dəyərlərdən ibarətdir. Bu dəyərlər Yer üzündə bərqərar olub möhkəmləndikcə, görkəmli mütəfəkkirin özü də universal dəyər statusu qazanır və təkcə xalqımızın yox, bəşəriyyətin dühasına çevrilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir