İDMAN


Qodin “Atletiko Madrid” ilə müqaviləni yeniləməyəcək

Bakı, 3 yanvar, AZƏRTAC

“Atletiko Madrid”in müdafiəçisi və kapitanı Dieqo Qodin klubla müqaviləni yeniləməkdən imtina edib və qış transferində komandanı tərk etməyi planlaşdırır.

AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, 32 yaşlı uruqvaylı futbolçunun “Atletiko Madrid” klubu ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır.

Oyunçunu heyətdə saxlamaq üçün Madrid klubunun rəhbərliyi maaşını artırmağı vəd etsə də, “Atletiko Madrid”in maliyyə problemləri buna imkan verməyib.

Cari mövsümdə Qodin Madrid təmsilçisinin heyətində 18 oyuna iki qol vurub və bir məhsuldar ötürmənin müəllifi olub.

Qeyd edək ki, “Mançester Yunayted” klubu futbolçu ilə maraqlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.