MƏDƏNİYYƏT


“Qoğal” tamaşası onlayn nümayiş ediləcək

Bakı, 16 may, AZƏRTAC

Bu gün saat 12:00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Qoğal” tamaşasını onlayn nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru rusiyalı məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

Qeyd edək ki, tamaşa teatrın Yutub kanalı vasitəsilə göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.