İDMAN


Qol güləşçiləri ümumrespublika turnirində güclərini sınayacaqlar

Qol güləşçiləri ümumrespublika turnirində güclərini sınayacaqlar

Bakı, 25 mart, AZƏRTAC

Aprelin 29-30-da Bakı Gənclər Evində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” devizi altında qol güləşi üzrə ümumrespublika turniri keçiriləcək.

AZƏRTAC Azərbaycan Qol Güləşi Federasiyasına istinadla xəbər verir ki, Almaniyanın idman qidaları istehsalçısı “İronMaxx”ın dəstəyi ilə keçiriləcək yarışda paytaxt ilə yanaşı, bölgələrdən də peşəkar və həvəskar idmançılar iştirak edəcəklər. Turnirdə şagird və tələbələrin də çıxışı nəzərdə tutulur.

Ümumrespublika turniri 13 çəki dərəcəsi üzrə sol və sağ qollar üzrə təşkil olunacaq. Fiziki imkanları məhdud idmançılar və qazilər xüsusi təsnifatda üç çəki dərəcəsi üzrə güclərini sınayacaqlar.

Qaliblərə Azərbaycan Qol Güləşi Federasiyası tərəfindən diplomlar, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə xüsusi hazırlanmış medallar təqdim olunacaq. Həmçinin qaliblər “İronMaxx Azərbaycan” şirkəti tərəfindən pul mükafatı və idman qida əlavələri ilə mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.