İDMAN


Qolbol üzrə Azərbaycan millisi İranda təlim-məşq toplanışında iştirak edib

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) qolbol idman növü üzrə milli komandası baş məşqçi Zahir Abdullayevin rəhbərliyi altında İranda təlim-məşq toplanışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi İranın qolbol komandaları ilə 3 yoldaşlıq görüşü keçirib. Görüşlərin biri qələbə, biri heç-heçə və digəri isə məğlubiyyətlə başa çatıb - (18:9, 5:5, 7:13).

AMPK-nın qolbol üzrə milli komandası qarşıdan gələn yarışlara hazırlıq məqsədi cari ilin iyulunda İranda növbəti təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, cari ilin sentyabr-oktyabr aylarında ilk dəfə olaraq qolbol üzrə Azərbaycan çempionatının keçirilməsi planlaşdırılır.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.