İDMAN


Qolkiper Manuel Noyer Almaniya yığmasının heyətində “quru hesablı” oyunların sayına görə rekord müəyyən edib

Bakı, 12 iyun, AZƏRTAC

Almaniya yığmasının və Münxenin “Bavariya” komandasının qapıçısı Manuel Noyer milli yığmanın heyətində “quru hesablı” oyunların sayına görə rekord müəyyən edib. “Qazeta.ru” saytı “Goal” portalına istinadla bildirir ki, Noyer bu göstərici üzrə əvvəl Zepp Mayerin müəyyən etdiyi rekordu təzələyib.

AZƏRTAC xəbər verir ki, Almaniya yığması 2020-ci il Avropa çempionatının seçmə turniri çərçivəsində Estoniya komandasına qarşı matçda 8:0 hesabı ilə qalib gəlib. Həmin matçda Noyer komandasını 2 dəfə aşkar qoldan xilas edib və millinin heyətində keçirdiyi oyunlarda 37-ci dəfə öz qapısından heç bir qol buraxmayıb. Mayerin rekord göstəricisi (36) 1979-cu ildə müəyyən edilib.

33 yaşlı Noyer milli komandanın heyətində 86 matç keçirib. 2014-cü ildə o, Almaniya yığması ilə birlikdə dünya çempionu olub. Sonrakı matçların demək olar ki, hamısında o, meydana komandanın kapitanı kimi çıxıb.

Almaniya yığması 2020-ci il Avropa çempionatının seçmə turnirində “C” qrupunda 3 görüşdə 9 xal toplayaraq ikinci yer tutur. Bu qrupda lider Şimali İrlandiya komandasıdır (4 matçda 12 xal).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.