MƏDƏNİYYƏT


“Qonağım ol” rubrikasının növbəti qonağı sevilən uşaq yazarı Solmaz Amanova olub

Bakı, 18 aprel, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Solmaz Amanova olub.

AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

Görüş çərçivəsində yazıçı yaradıcılığı, həyata keçirdiyi layihələr, COVID-19 virusu haqqında yazdığı kitabı “Cəsur ayı və dostları”, “İlmənin macəraları”, “Şuşanın sehrli açarları” və digər kitabları barədə ətraflı məlumat verib, həmçinin canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandırıb.

Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.