MƏDƏNİYYƏT


“Qonağımız var” layihəsi çərçivəsində növbəti görüş Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti, Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə Muradova ilə görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq artisti mədəniyyət sarayında xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara ustad dərsi keçməklə yanaşı, həm də onun sənətinə pərəstiş edən sevimli tamaşaçıları ilə görüşəcək.

Azərbaycan milli rəqs sənətini dünyanın hər yerində böyük sevgi və uğurla nümayiş etdirən, milli mədəniyyətimizin böyük təbliğatçısı ustad rəqqasə həm də həyat və yaradıcılığı haqqında iştirakçıları maraqlandıran suallara cavab verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.