MƏDƏNİYYƏT
QoqolFest 2016-nın keçirilmə tarixi açıqlanıb
Bakı, 4 avqust, AZƏRTAC
Sentyabrın 16-dan 25-dək Ukraynanın paytaxtı Kiyevdə 9-cu Beynəlxalq müasir incəsənət festivalı - QoqolFest 2016 keçiriləcək. Festivalın “facebook” səhifəsində bu barədə rəsmi məlumat da yerləşdirilib.
AZƏRTAC gogolfest.org.ua saytına istinadla xəbər verir ki, builki festivalın mövzusu "QoqolFest.Vavilon (Babil)"dur. Təşkilatçılar festivalın genişmiqyaslı art-araşdırma olacağını və Babil haqqında miflərə yeni, gözlənilməz nəzər nöqtəsindən baxılacağını bildiriblər. Hər il olduğu kimi festivalın qonaqlarını teatr, xoreoqrafiya, akademik və alternativ musiqi, performans, kino, ədəbiyyat və vizual incəsənət istiqamətlərində ən aktual və maraqlı bədii layihələr gözləyir.
Festivalın yaradıcısı Vlad Troitskinin verdiyi məlumata görə QoqolFest “Art-zavod Platforma” kreativ klasterində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]