ELM VƏ TƏHSİL


“Qorqud” Vikipediya Metodik Klubu təlimlərini davam etdirir

Bakı, 23 noyabr, AZƏRTAC

“Qorqud” Vikipediya Metodik Klubu tərəfindən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında təlimlərə başlanılıb.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, təlimlərə 29 iştirakçı qatılıb. İlk gündən iştirakçılar arasında “Vikipediya”ya böyük maraq yaranıb. Gənclər ilkin redaktə bacarığı barədə məlumat alıblar.

Təlimlər yekunlaşdıqdan sonra gənclər tam sərbəst şəkildə fəaliyyət göstərərək “Vikipediya”ya öz töhfələrini verəcək, müxtəlif sahələrdə məlumatların yaradılması və onlayn ensiklopediyada yerləşdirilməsi istiqamətində çalışacaqlar. Təlimlər təcrübəli vikipediyaçı, “Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Sübhan Xıdırzadə tərəfindən keçirilir. Təlimlər 10 günlük proqram çərçivəsində təşkil ediləcək. Təlimlər yekunlaşdıqdan sonra fəal gənclər Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən diplomla təltif olunacaqlar.

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu fəaliyyətə başladığı dövrdən ölkə daxilində və xaricində bir çox təlimlər keçirib. Bunun nəticəsində isə təlim keçmiş gənclər tərəfindən xarici və Azərbaycan dillərində olan “Vikipediya”da əsaslı redaktələr edilib, çoxsaylı məqalələr yaradılıb. “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.