MƏDƏNİYYƏT


Qoruq İdarəsi “Reinkarnasiya – əbədi gənc, qədim şəhər” adlı yeni layihəsini təqdim edib

Bakı, 5 iyun, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Reinkarnasiya – əbədi gənc, qədim şəhər” adlı yeni layihəsini təqdim edib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi İçərişəhərin tarixi abidələrinə, mədəniyyətinə, adət-ənənələrinə uşaqların gözü ilə baxmaq, uşaqların özünəməxsus sevgiləri ilə qədim şəhərin ruhunu duymaq və ona yeni həyat verməkdir.

Xatırladaq ki, layihə “Reinkarnasiya - tanımadığınız İçərişəhər”in davamıdır. Layihədə “DA-ART” Təsviri İncəsənət Mərkəzinin uşaqları iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.