MƏDƏNİYYƏT


Qoruq İdarəsi “Təkrar emal aksiyası”na start verir

Bakı, 11 may, AZƏRTAC

Ekoloji təmizliyin yaradılması, ona riayət edilməsi və ən əsası bu sahədə cəmiyyətin bütün fərdləri üçün yararlı ola biləcək layihələrin həyata keçirilməsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin daim diqqətindədir.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, qurum artıq bu qəbildən olan layihəyə - “Təkrar emal aksiyası”na start verir.

Qoruq İdarəsi, “Green Baku”, “Animal Care Club”un təşkilatçılığı və dəstəyi ilə ərsəyə gələn layihənin məqsədi istifadə edilmiş kağızların yenidən emal prosesini təşkil etmək və son nəticədə ekoloji tarazlığa dəstək olmaqdır. Belə ki, toplanan kağızlar yenidən istehsal ediləcək, satışa çıxarılacaq və əldə edilən gəlirlə yeni tinglər alınaraq Qala kəndində əkiləcək. Bununla da təkrar emal prosesi dövr edərək son nəticədə təbiətə qaytarılacaq.

Qurum layihəyə töhfə vermək istəyən hər kəsi bu gün və sabah İçərişəhərdə yerləşən Dördbucaqlı Qalaya (“Art Tower”) dəvət edir. Sadəcə içəri daxil olaraq, kağızları sandığa atmağınız kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.