CƏMİYYƏT
Qoruyucu maskalar əhalinin vaksinasiyası başa çatana qədər taxılmalıdır
Bakı, 15 dekabr, AZƏRTAC
Maskalardan istifadəni əhalinin böyük kütləsi koronavirusa qarşı vaksinasiya olunana qədər davam etdirməliyik.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib.
R. Bayramlı deyib: “Xüsusilə də bilmək lazımdır ki, əksər vaksinlər iki dozalıdır. İkinci dozadan ən azı 2-3 həftə keçəndən sonra anticisimlər yaranır. Ona görə də vaksin vurulandan sonra həm özünü, həm də ətrafdakıları qorumaq üçün əhalinin vaksinasiyası başa çatana qədər özümüzü alışdırmalıyıq”.