Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq...

Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq...

Bakı, 22 yanvar, AZƏRTAC

Hər kəsə qeyri-bərabər paylanan ağıldan Ermənistanın payına nədənsə çox kəm düşüb. Bu kəmlik artıq erməni genefonduna qədər işləyib. Belə olmasaydı, bu gün dünyada manqurt təfəkkürü ilə doğulan, yaşayan, idarə olunan, siyasət yürüdən tək dövlət olmazdı. Bu monoetnik dövlətin ən böyük zəifi isə qorxudur. Başında kimin durmasından asılı olmayaraq, həmişə qorxub.

Nədən, kimdən və niyə?

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan istefa verməyə məcbur edilməzdən əvvəl yazdığı məqalədə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olduğunu demişdi. Məhz həmin məqalə Ter-Petrosyanın istefasına səbəb oldu. Çünki adam qan qoxan bu münaqişənin sonrakı taleyindən qorxurdu. Amma onu istefaya sürükləyəcək qədər güclü olan daxili təhlükəni gözə almamışdı, ala bilməmişdi.

Beləliklə, hakimiyyət səviyyəsində ən böyük qorxunun təməli də elə bu vaxtdan qoyuldu – nəyin bahasına olur-olsun, daxili kütləni ovutmaq, ictimaiyyətin qınağına, qıcığına tuş gəlməmək. Bundan sonra hakimiyyətə gələn istər Koçaryan, istər Sarkisyan, istərsə də Paşinyan bu qorxunun sindromundan qurtula bilmədilər. Və bütün manipulyasiyalarını da məhz Dağlıq Qarabağ münaqişəsi üzərindən etdilər. Yerevanda yel əsən kimi Qarabağda bir hoqqa çıxarmaq və ya qeyri-səmimi populist fikirlərlə kütləni sakitləşdirməyə və zənnlərincə güclü lider olduqlarını nümayiş etdirməyə çalışdılar. Bununla bağlı sabiq prezidentlər Koçaryan və Sarkisyanın timsalında onlarla fakt göstərmək olar. Hazırkı baş nazir, Soros fondunun min cür oyunbazlığı ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan da sələflərinin bu xəstəliyini dəf edə bilmədi. Əksinə, daha da irəli gedərək “Qarabağ Ermənistandır və nöqtə” deməklə Ermənistan siyasi tarixinin ən böyük səhvini buraxdı. Məhz bu ifadənin özü Paşinyanın qorxu sindromunun ən böyük təzahürü idi...

Ermənistanda hakimiyyət və xalq çalxalanır

Atalarımız yaxşı deyib - “qorxan gözə çöp düşər”. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu məhz həmin “çöpü” Paşinyanın və ümumilikdə Ermənistanın göz bəbəyinə sapladı. Beləcə, onsuz da ermənidən başqa heç kimi görməyən gözlər kor oldu, dövlət olaraq Ermənistanın sütunları çökdü, dayaqları qırıldı, gələcək taleyi isə böyük bir sual altındadır.

Bütün bunlar isə təbii olaraq Ermənistan hakimiyyətini və xalqını çalxaladı. Nəticədə hazırda Ermənistan dərin bir xaosun içərisindədir. Hakimiyyət davası, daxili çəkişmələr, bir-birini həzm edə bilməmək və günahkar kimi ittiham etmək öfkəsi hazırda Ermənistanı vətəndaş müharibəsi durumuna gətirib...

Paşinyan: “Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib”

Baş nazir Nikol Paşinyan müharibədəki rüsvayedici məğlubiyyətdən sonra “44 günlük müharibənin kökləri” adlı məqalə yazmışdı. Ermənistan baş nazirinin rəsmi saytında yerləşdirilən bu məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə danışılır. Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir. Paşinyan, eyni zamanda, uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir. O bildirir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib.

“Dövlətçiliyi ləkələdilər. Sizin inqilabın əsas şüarı “qürurlu vətəndaş” idi. Ermənistan tarixində bu qədər alçaldılmış vətəndaş olmayıb. Moskvada ermənilər restorana getməyə utanırlar ki, birdən azərbaycanlılarla rastlaşarlar. Bunu anlamırıqsa, alçaldılmış vəziyyətdə qalacağıq”. Bunları isə eks-prezident Robert Koçaryan deyib.

Bir dolu çamadan ümid

Təbii ki, sabiq rəhbərlik – nimdaş Qarabağ klanı 2-ci Qarabağ müharibəsinin rüsvayçı məğlubiyyəti ilə barışa bilmir. Müxalifətdə olanlar da, həmçinin. Onlar 10 noyabr tarixli kapitulyasiya aktını qəbul edə bilmirlər. Hətta müxalifət bu bəyanatın parlamentdə müzakirə olunmasına da çalışdı. Məsələ səsə qoyulsa da, buna nail ola bilmədilər. Bəyanatın müzakirəsinin lehinə 40, əleyhinə isə 73 deputat səs verdi və faktiki olaraq Ermənistan parlamenti bəyanatı müzakirə etməkdən imtina etdi. Yəni bütün şərtləri qəbul etmiş oldular və onları təsdiqlədiklərini növbəti dəfə bildirdilər.

Bu il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşdə birgə imzalanan bəyanat isə Ermənistanın daha az qalan ümidlərini də puça çıxardı. Çünki bu bəyanat, əslində, tam olaraq 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktında nəzərdə tutulan şərtlərin icrasını özündə ehtiva edirdi. Baxmayaraq ki, Paşinyan bu görüşə bir dolu çamadan ümidlə getmişdi...

Ermənistan bu vəziyyətdən çıxmaqda acizdir

Beləliklə, bu gün Ermənistanda yaranmış ağır böhran vəziyyəti bu işğalçı ölkənin uzun illər Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticəsidir. Artıq heç kimə sirr deyil ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi Ermənistanda dərin siyasi, sosial-iqtisadi böhrana, mənəvi-psixoloji sarsıntıya səbəb oldu.

Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan özü belə etiraf etdi ki, ölkə çox ağır vəziyyətdədir, əhalinin sosial durumu acınacaqlıdır. Prezident acizanə formada dedi ki, ölkəsi diz çöküb. Ermənistan bu vəziyyətdən çıxmaqda acizdir...

Odur ki, qonşuluq xatirinə Ermənistana daha bir ağıllı təklif: Öncə qorxu sindromundan xilas olun!

Elgün Mənsimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib