DÜNYA


Qorxuya düşən erməni səfiri milli azlıqlara hörmətdən dəm vurub

Bakı, 4 yanvar, AZƏRTAC

Yeni ilin ilk günü Qazaxıstanın Karaqanda şəhərindəki restoranların birində ermənilərdən ibarət quldur dəstənin bu ölkənin bir vətəndaşını qətlə yetirməsi və üç nəfəri yaralaması yerli əhalinin böyük narazılığına səbəb olub.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qazax əhalisi arasında ermənilərə qarşı nifrətin güclənməsi fonunda Ermənistanın Qazaxıstandakı səfirliyi bəyanat yayaraq bu insidentdən millətlərarası təfriqə məqsədilə istifadə etməməyə çağırıb. Qətlə yetirilən 23 yaşlı Karaqanda sakininin ailəsinə başsağlığı verən və cinayətkarların tezliklə cəzalandırılacağına ümidvar olduğunu bildirən diplomatik korpusun bəyanatındakı erməni hiyləgərliyi ilə yazılmış cümlələr isə istehza doğurur: “Qazaxıstan milli azlıqlara böyük hörmətlə yanaşan çoxmillətli dövlətdir. Bu insidentlə ictimai rəydə manipulyasiya etmək və onu milli zəmində münaqişəyə çevirmək düzgün deyil”. Faşist və qatı millətçi siyasət nəticəsində ərazisində milli azlıqlardan əsər-əlamət qalmayan və varlığını milli zəmində münaqişələr sayəsində qoruyub saxlayan Ermənistanın səfirinin bu sözləri törədilən cinayət fonunda qorxu hissinin əlamətidir.

Qazax mətbuatının xəbərinə görə, cinayətkar ermənilərdən ikisi saxlanılıb, biri isə axtarışa verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.