ELM VƏ TƏHSİL


“Qoşa qanad: VI Fizika və lirika konfransı”nın iştirakçıları AMEA-nın YT Parkı barədə məlumatlandırılıb

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl qonaqlar Yüksək Texnologiyalar Parkı ilə yaxından tanış olublar. YT Parkın direktoru Nazim Şükürov bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

İştirakçılar AMEA-nın təşəbbüsü ilə yaradılmış, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş akademiya laboratoriyasında olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar hazır neft məhsulları və onların istehsal prosesi, hərbi və mülki təyinatlı dron və ya pilotsuz uçuş aparatları (PUA) ilə tanış olublar. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti konfrans iştirakçılarının böyük marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.