SİYASƏT


Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işini rəsmi hissədən sonra davam etdirir

Bakı, 30 iyun, AZƏRTAC

Xəbər verildiyi kimi, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, rəsmi hissədən sonra konfrans işini nümayəndə heyətlərinin rəhbərlərinin çıxışı ilə davam etdirir.

Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçiləri iştirak edirlər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrləri də yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.