CƏMİYYƏT
Qoşulmama Hərəkatının Gənclər Sammiti işini Şuşada davam etdirir
Şuşa, 29 iyul, Elmir Səftərov, AZƏRTAC
Qoşulmama Hərəkatının Gənclər Sammiti iyulun 29-da işini Şuşa seqmenti ilə davam etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda bir həftə davam edən Sammitə Şuşada yekun vurulacaq.
Şuşadakı iclasda Sammit iştirakçılarının iyulun 25-28-də Bakıda keçirilmiş sessiyada razılaşdırılan sənədlərin qəbul edilməsi gözlənilir.