SİYASƏT


Qoşulmama Hərəkatının gənc nümayəndələri Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıblar

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Qoşulmama Hərəkatının dünyanın müxtəlif ölkələrini təmsil edən və hazırda Azərbaycanda olan bir neçə gənc nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub.

DİDK-dən AZƏRTAC-a verilən məlumata görə, Komitə sədrinin birinci müavini Valeh Hacıyev qonaqlara ölkəmiz, dünyadakı Azərbaycan icmaları və dövlətimizin diaspor siyasəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan çoxmillətli, multikultural bir ölkədir.

Gənc liderlərə, eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, ölkəmizin ərazi bütövlüyünun beynəlxalq sənədlərdə təsbit olunması haqqında da ətraflı məlumat verilib.

Qonaqlar Qoşulmama Hərəkatı və onun liderlərinin missiyasından danışıb, bu təşkilatın beynəlxalq hüququn qorunması üçün təsirli bir mexanizmə çevrilmə imkanları barədə fikirlərini səsləndiriblər.

Görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.